EN

Qəzzada ölənlərin sayı 44 minə çatıb

İsrailin 409 gündür intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 43 min 922-yə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail 409 gündür Qəzza zolağında mülki insanları hədəfə alır. İsrail qüvvələri bölgədə fələstinliləri qətlə yetirərkən vəhşi hücumlarını davam etdirdikcə, bölgədə ölənlərin sayı artır və vəziyyət getdikcə pisləşir.

Fələstin Səhiyyə Nazirliyi İsrailin son 24 saat ərzində həyata keçirdiyi 4 hücumda 76 mülki vətəndaşın həyatını itirdiyini, 158 mülki vətəndaşın isə yaralandığını bildirib.

Hücumların başladığı 7 oktyabr 2023-cü ildən bəri ümumi can itkisinin 43 min 922, yaralı sayının isə 103 min 898-ə yüksəldiyi ifadə edilib.

Chosen
13
1
sia.az

2Sources