EN

Xəzərin Aral kimi məhv olmaması üçün... - Sultanova

Xəzərin Aral dənizi kimi məhv olmasının qarşısını almaq üçün bütün türk dövlətləri birləşməlidir.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova COP29 çərçivəsində keçirilən İnsan kapitalı problemləri üzrə Türkiyə İqlim Təşəbbüsü Forumunda deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Forumunda hazırlanacaq tövsiyələr BMT-nin iqlim dəyişiklikləri ilə bağlı təyin etdiyi gündəliyin ümumi inkişafı üçün zəmanət, əsasdır:

"İqlim müzakirələrində bütün dünya ictimaiyyətinə təsir edəcək islahatlar, istiqamətlər, transformasiyalar üçün növbəti gündəliyi formalaşdırmaq vacibdir. Hesab edirəm ki, beynəlxalq əməkdaşlıq olmadan, bütün ölkələr iqlim müzakirələrində fəal iştirak etmədən problemləri həll etmək mümkün deyil. Xüsusilə Xəzər dənizinin Aral dənizi kimi məhv olmasının qarşısını almaq, onu xilas etmək üçün bütün türk dövlətləri birləşməlidir. Ümumi vəzifə çox vacibdir".

Chosen
24
axar.az

1Sources