EN

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 çərçivəsində gənclərin ətraf mühit savadlılığının artırılmasına dair müzakirələrdə iştirak edib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf MühitinMühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisivə rəhbəri Leyla Əliyeva Beynəlxalq Təbiəti Mühafizə İttifaqı(BTMİ) və IDEA İB-nin birgə təşkilatçılığı ilə BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) çərçivəsində həyata keçirilən “İqlimdayanıqlığı üçün təhsilə investisiya: erkən inkişaf və ətraf mühitsavadlılığının artırılması” mövzusunda müzakirələrdə iştirakedib.

Trend xəbər verir ki, LeylaƏliyeva tədbirdə çıxış edərək, gənclərin ekoloji problemlərinhəllində fəal iştirakının qlobal miqyasda iqlim dəyişmələri iləmübarizədə vacib rol oynadığını vurğulayıb. IDEA İB-nin təsisçisivə rəhbəri ekoloji təhsil və maarifləndirmə proqramları, eləcə dəmüxtəlif beynəlxalq platformalar vasitəsilə gənclər üçün bilik vətəcrübə mübadiləsinin aparılması imkanlarının genişləndirilməsininəhəmiyyətini diqqətə çatdırıb.

IDEA-nın həyata keçirdiyi layihə və tədbirlərə toxunan LeylaƏliyeva bildirib ki, təşkilat tərəfindən ötən müddət ərzindəgənclərin iqlim dəyişmələri məsələləri və təbiətə məsuliyyətliyanaşmaları kimi mövzulara həsr olunan bir sıra fəaliyyətlər icraedilib. Leyla Əliyeva təşkil olunan ekodüşərgələr, məlumatlandırmakampaniyaları və hazırlanan sənədli filmlər, eləcə də görülənişlərin nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumatverib.

Leyla Əliyeva IDEA təşkilatının 2014-cü ildən etibarən BTMİ-yəüzv olduğunu qeyd edərək, 10 il ərzində qurumlararası əməkdaşlıqçərçivəsində həyata keçirilən fəaliyyətləri vurğulayıb. Dayanıqlıvə sağlam gələcəyin, eləcə də daha bilikli gənc nəslinyetişdirilməsinin təmin olunması baxımdan beynəlxalq həmrəylik vəəməkdaşlığın əhəmiyyətli rolu müzakirə iştirakçılarının diqqətinəçatdırılıb.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikasının təhsilnaziri Emin Əmrullayev, BTMİ-nin baş direktoru Grethel Aguilar,“Earthday.org” təşəbbüsünün tədris məsələləri üzrə direktoru BryceCoon və Qlobal Təhsil Mərkəzinin “#Decarbonize” proqramını təmsiledən gənc ekofəal Janina Guevara çıxış edərək, mövzu ilə bağlımüxtəlif fikirlər irəli sürüb, ətraf mühit savadlılığının rolunuqeyd ediblər.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Məqalədə:
Chosen
15
49
az.trend.az

10Sources