EN

Türkiyədə ədliyyə binasının qadınlar tualetinə gizli kamera quraşdırılıb - FOTO

Trabzon Ədliyyəsində qadınlar tualetində gizli kamera aşkar edilib.

Milli.Az xəbər verir ki, kamera məhkəmənin işçiləri tərəfindən fərq edildikdən sonra aidiyyəti orqanlara bildirilib. Polis araşdırması nəticəsində gizli kameranı 41 yaşlı məhkəmə katibi G.S.-nin quraşdırdığı müəyyən edilib. Onun telefonunda da bu sistemlə əlaqəli proqram təminatı aşkarlanıb.

Məlumatlara görə, G.S. uzun müddətdir tualeti gizli kamera vasitəsilə izləyirmiş. Polis tərəfindən saxlanılan G.S. ilkin ifadəsindən sonra məhkəməyə çıxarılıb və növbətçi məhkəmə tərəfindən "şəxsi həyatın gizliliyini pozmaq" ittihamı ilə həbs edilib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
19
11
milli.az

10Sources