EN

Rusiya hadisələri QABAQLAYIR: “Rəsmi təsdiq olmadığı üçün…”

“Rusiya bilərəkdən ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərini vurmaqla bağlı icazə verdiyini tirajlayır”.

Bu fikri ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərini vurmaq üçün icazə verməsi ilə bağlı iddiaları Yenicag.az-a dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.

O, bildirib ki, bu iddianın rəsmi təsdiqi yoxdur:

“Bayden nə qədər imkanı var, Ukraynaya həm silah, həm də maliyyə sarıdan kömək etmək istəyir. Ukrayna isə Rusiyanın dərinliklərini vurmaq istəyir, ancaq Qərb buna icazə vermirdi. İddia olunur ki, ABŞ Ukraynanın bu istəyinə icazə verib. Ancaq bunun rəsmi təsdiqi yoxdur”.

Digər versiya isə ondan ibarətdir ki, Rusiya bu informasiyanı bilərək yayır və son günlər etdikləri hücumlara haqq qazandırsınlar. Rusiya bu versiyanı ortaya atır ki, Ukrayna tərəfi Rusiyanın dərinliklərinə zərbə endirə bilər. Yəni Moskva hadisələri qabaqlayır”.

“Bu gün Rusiya Ukraynada daha çox istilik və enerji mənbələrini vurur. Ukrayna tərəfi isə ciddi cəhdlə vurulmuş obyektləri bərpa edir. Ancaq kütləvi raket zərbələrinin qarşısını Ukrayna hava hücumundan müdafiə sistemləri ala bilmir. Qərb tərəfindən isə Rusiya dərinliklərinə zərbə endirilməsi ilə bağlı Ukraynaya icazə verilməsi təsdiq edilmədiyi üçün ikinci versiya daha ağla batan görünür”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

Chosen
8
50
yenicag.az

10Sources