EN

Neft niyə 70 dollardan götürüldü: Azərbaycanda bir ilkin SƏBƏBİ

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, büdcə qaydasında dəyişiklik edilməsinin yalnız ortamüddətli dövrün sonuna müəyyənləşməsi nəzərdə tutulub. 

Onun sözlərinə görə, aparılan təhlillər 2025-ci ilin dövlət büdcəsi layihəsi əsasında təqdim olunan sənədlərdə yeniliklərin tətbiq edildiyini göstərir. Ötən ildən fərqli olaraq, makroiqtisadi göstəricilər və ssenarilər büdcə layihəsində əks etdirilməyib. 

Əsaslı xərclərin azalması şəraitində cari və borca xidmət xərclərinin artımı proqnozlaşdırılır. İlk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb. Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, çox böyük ehtimal ilə növbəti il “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 75-80 dollar ətrafında olacaq. Ekspert bunun riskli göstərici olduğunu düşünmür: 

“Əvvəlki illərdə neqativ ssenari  qiymətlərin müəyyənləşdirilməsi idi. Hazırda isə qiymət daha çox orta inkişaf və ya bazar inkişaf ssenarisinə uyğun olaraq götürülüb.

Çünki beynəlxalq təşkilatların proqnozları da qiymətin təxminən orta hesabla 75 dollar ətrafında ola biləcəyi ilə bağlıdır. 

Təbii ki, burda konnettur kifayət qədər dəyişəndir. Yəni, Trampın hakimiyyətə gəlməsi neftin ucuzlaşacağı istiqamətində müəyyən gözlənti yaradırsa da, digər tərəfdən konfliktlər, xüsusən İran-İsrail  məsələsi neftin qiymətinə artırıcı təzyiqlər göstərə bilər. Ona görə dəqiq proqnozları müəyyən çətindir”. 

Ekspert deyib ki, amma hökumət bu il nisbətən daha az ehtiyatlı yanaşma ortaya qoyub:

“Əslində neftin qiymətinin ucuz göstürülməsi uzun müddətdir Azərbaycanda 2-ci dəfə təkrar büdcəyə baxılmasına gətirib çıxarır. Ola bilsin ki, məqsədlərdən biri bu istiqamətdə ehtiyacların aradan qaldırılmasıdır. Yəni, ikinci dəfə ilin yarısında büdcəyə yenidən baxılması ilə əlaqədar zərurətin arada qaldırılmasıdır. Amma artan xərclər müqabilində müəyyən qədər büdcə tarazlığının təmin edilməsi də hədəflər sırasında olub. 

Beləliklə, 70 dollar nəzərdə tutulub”. 

Chosen
105
29
cebheinfo.az

10Sources