Tanzaniyanın Darüssalam şəhərində 4 mərtəbəli binanın uçması nəticəsində 13 nəfər həyatını itirib, 84 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə ilə bağlı Tanzaniya Prezidenti Samia Suluhu Hassan açıqlama verib.
O, binanın uçduğu Kariakoo bölgəsində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Prezident əlavə edib ki, hökumət üçün əsas prioritet məsələ insanların həyatını xilas etməkdir və hadisə yerinə xüsusi qruplar səfərbər edilib.
Hazırda təcili yardım xidmətləri, o cümlədən ordu birgə fəaliyyət göstərərək, sağ qalanların axtarışını davam etdirir. Lakin dağıntılar altında neçə nəfərin qaldığı barədə dəqiq məlumat yoxdur.
LalÉ™, BakuPost