EN

Şahzadə və arvadı yatdı: Saraya oğru girdi

İngiltərə kral ailəsinə aid Vindzor qəsrində oğurluq baş verib. 

“Cebheİnfo.az” xəbər verir ki, həmin vaxt Şahzadə Uilyam və Keyt uşaqları ilə qəsrdə olub. İki maskalı şəxs təhlükəsizlik baryerini sındırıb. Onlar 1,8 metrlik hasarın üstündən keçərək Şahzadə Uilyam və Şahzadə Keytin yaşadığı Adelaide kotteci yaxınlığındakı əraziyə daxil olub. 

Oğrular oğurladıqları “Pikap”la “Shaw Farm”dakı anbardan ATV və digər təsərrüfat maşınlarını götürdükdən sonra izlərini itiriblər. Məlumata görə, hadisə zamanı silahlı zabitlər ərazinin ictimai girişlərində patrulluq edirdilər. Səlahiyyətlilər maskalı oğruların bir müddətdir ki, Vindzor qəsrini izlədiyini iddia ediblər.

Basqın zamanı Kral Çarlzın Şotlandiyada, Kraliça Kamillanın isə Hindistanda olduğu bildirilib. 

Chosen
11
cebheinfo.az

1Sources