EN

COP29 ərəfəsində Xəzərdə "əjdaha"ların yarışı olub: "Yalnız siyasətçilər olmaz"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Əvvəlki COP-lar çərçivəsində yalnız avarçəkmə təşkil edilirdisə, bu il eyni vaxtda müxtəlif su idman növləri keçirilir".
Bu sözləri Oxu.Az-a açıqlamasında "C Team"in (China Champions for Climate Action) direktoru Nan Feng deyib.
O bildirib ki, bu yarışlarda gənclər yaşıl gələcəyimizlə bağlı araşdırmalar aparır və müzakirələr edirlər:
"Builki yenilik isə ondan ibarətdir ki, əvvəlki illərdə COP26, COP27 və COP28 çərçivəsində avarçəkmə fəaliyyətləri təşkil edilirdisə, bu il eyni vaxtda müxtəlif su idman növləri də keçirilir. Müxtəlif yaş qruplarından, xüsusilə gənclərdən olan insanlar təkcə su idman növlərində yarışmır, həm də yaşıl gələcəyimizlə bağlı araşdırmalar aparır və müzakirələr edirlər".
Direktor qeyd edib ki, COP29 üçün yalnız siyasətçiləri və danışıqlar aparan şəxsləri deyil, bütün icmaları cəlb etməyi planlaşdırırlar:
"Məqsədimiz özəl sektor və cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirərək, təkcə müzakirələr və siyasi bəyanatlar deyil, həqiqi fəaliyyətlərin həyata keçirilməsini təmin etməkdir.
Bu tədbir, həmçinin, Cənubi Amerikada da oxşar genişmiqyaslı fəaliyyətlərin başlanmasına ilham verdi. Artıq Braziliya bu cür təşəbbüsləri genişləndirmək üçün planlar hazırlayır. Azərbaycan bu məsələdə güclü bir nümunə göstərdi və biz onun təsirinin qlobal miqyasda genişlənəcəyinə ümid edirik".
Nan Feng xatırladıb ki, noyabrın 17-si böyük bir tədbir təşkil ediblər:
"Tədbirdə "əjdaha" qayıqlarının paradı, avarçəkmə yarışları və digər fəaliyyətlər eyni vaxtda baş tutdu. Bununla yanaşı, iqlim dəyişikliyinə qarşı hərəkətə çağırış edildi. Tədbirə Dünya Avarçəkmə, Beynəlxalq Əjdaha Qayıqları (IDBF) və Beynəlxalq Kanoe federasiyalarının prezidentləri kimi vacib qonaqlar qatıldı. Bu, Gənclər və İdman Nazirliyi ilə Avarçəkmə və Kanoe Federasiyasının birgə təşkil etdiyi bir təşəbbüs idi.
Xəzər dənizində təxminən 100 nəfər bir araya gələrək daha yaşıl bir dünya naminə həmrəylik nümayiş etdirdi. Bu, açıq havada keçirilən ən böyük tədbirlərdən biri idi və biz yerli hakimiyyət orqanlarının dəstəyini aldığımız üçün çox şanslıyıq".
Aygün Mirakif
Chosen
9
50
oxu.az

10Sources