EN

UNICE-in regional müşaviri: COP29-da uşaqlara və gənclərə həsr olunmuş xüsusi bir günün təyin edilməsi çox mühüm addımdır

İqlim dəyişikliyinə qarşı mübarizədə uşaqlar mərkəzdə olmalıdır. İlk dəfə olaraq COP29-da uşaqlara və gənclərə həsr edilmiş xüsusi bir gün təyin edilib. Bu, çox mühüm bir addımdır.

Bu fikirləri UNICEF-in Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliyi üzrə regional müşaviri Mariya Osbek AZƏRTAC-a açıqlamasında deyib. O, Azərbaycanın hökumətinin bu təşəbbüsünü çox müsbət qiymətləndirib.

M. Osbek, uşaqların iqlim dəyişikliyindən qeyri-bərabər şəkildə təsirləndiyini deyib. O qeyd edib ki, iqlim maliyyəsi və uyğunlaşma üzrə qlobal məqsədlər çərçivəsində qərarlarda onların yer alması vacibdir. Mariya Osbek COP29-da uşaqların mövqeyinin daha da önə çıxarılması və digər müzakirə sahələrində də onların rolu barədə əlavə addımlar atılmasının vacib olduğunu bildirib.

Chosen
21
1
herbiand.az

1Sources