EN

Evlərin qiyməti kəskin artır

2020-ci ilin sonundan etibarən İstanbulda satış və kirayə üçün nəzərdə tutulan evlərin qiyməti durmadan artır.

News24.az xəbər verir ki, İstanbulda 1 kvadratmetr evin qiyməti 2020-ci ilin oktyabr ayında 40 min 482 TL idisə, 2024-cü ilin oktyabrında 42 min 528 TL olub.

Mətbuatda yayılan xəbərlərə görə, İstanbulda orta hesabla ev kirayəsi 2020-ci ilin oktyabr ayında 2 min 308 TL ikən, 2024-cü ilin oktyabr ayında 27 min 733 TL olub.  4 il əvvəl bir evin kirayəsi minimum 2 min 234,71 TL ilə ödənilə bilərdi və ya İstanbulda minimum əmək haqqının orta kirayəyə nisbəti 0,99 idi.  Bu dərəcə 2022-ci ilin dekabrında 2.20-yə yüksəlsə də, 2024-cü ilin oktyabrında 1.63-ə bərabərdir, yəni minimum əmək haqqı icarə haqqını ödəyə bilməz.

Hazırda mütəxəssislər belə bir böhran vəziyyətindən çıxış yolu axtarır. Böyük şəhərlərə analoji hadisələr müntəzəm yaşanır, ancaq ildən-ilə artan qiymətlər insanları çətin vəziyyət qarşısında qoyur.

Ağa Dadaşzadə


Chosen
14
news24.az

1Sources