Kanal D-nin yeni layihəsi "Anam Ankara" serialı maraqlı bir addım atıb.
Teleqraf.com xəbər verir ki, 90-cı illər Ankarasını gözlər önünə gətirəcək ekran əsəri izləyicilərinə jest edəcək.
Belə ki, 90-cı illərlə bağlı fotolarını "[email protected]" ünvanına göndərənlər serialın sonunda öz fotolarını görəcəklər. Bu yolla həm özlərini keçmişə qaytararaq nostalji yaşayacaqlar, həm də itirdikləri yaxınlarını yad edəcəklər.
"Anam Ankara" heç vaxt ümidini itirməyən ananın mübarizəsindən bəhs edir. Serialda baş rolları Bergüzar Korel və Mehmet Günsür canlandırır.
Müəllif: Pərvin Cəfərova