EN

İrandan İsrailə qarşı "Doğru Vəd-3" əməliyyatı ilə bağlı yeni açıqlama

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İrandan İsrailə qarşı "Doğru Vəd-3" əməliyyatı ilə bağlı yeni açıqlama verib.

"Azad İran" "Telegram" kanalının sözlərinə görə, bu barədə o bu gün keçirilən həftəlik brifinqdə Donald Trampın ABŞ-də prezident seçkisində qələbəsindən sonra Tehranın İsrailə qarşı hazırladığı "Doğru Vəd-3" əməliyyatından imtina etməsi ilə bağlı sualı cavablandırarkən danışıb:

"Biz dəfələrlə bəyan etmişik ki, İranın ərazi bütövlüyünü müdafiə etmək, maraqlarımızı və milli təhlükəsizliyimizi qorumaq üçün heç kimdən icazə almayacağıq. İrana qarşı edilən hücuma isə qətiyyətlə cavab veriləcək", - deyə İran XİN sözçüsü bəyan edib.

Chosen
2
1
sitat.info

2Sources