Braziliyanın Rio-de-Janeyro şəhərində “İyirmilik” (G20) ölkələrinin ikigünlük sammiti işə başlayıb. Manset.az xəbər verir ki, bu ilki sammit Müasir İncəsənət Muzeyində (MAM) keçirilir. Tədbirin təhlükəsizliyini təmin etmək üçün Braziliya Müdafiə Nazirliyi 9 min hərbçi yerləşdirib.
Sammitdə, dünya iqtisadiyyatı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzuları əsas müzakirə mövzusu olacaq.