EN

Bu il nəqliyyat sektorunda yük daşımaları artdı

Bu ilin yanvar-oktyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 faiz və 9,2 faiz artıb.

Yenicag.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 193,8 milyon ton yük daşınıb. Yüklərin 3,7 faizi dəniz, 8,0 faizi dəmir yolu, 0,2 faizi hava, 59,3 faizi avtomobil nəqliyyatı, 28,8 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,8 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,9 faiz təşkil edib. 2024-cü ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1695,0 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Chosen
19
2
yenicag.az

4Sources