Bakı. Trend:
Pekində Çin filosofu Konfutsinin anadan olmasının 2575 illiyinəhəsr edilmiş beynəlxalq konfrans və Beynəlxalq KonfutsiçilikAssosiasiyasının (BKA) 7-ci qurultayı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, konfransa110 ölkədən 800-ə yaxın sinoloq-alim qatılıb.
Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsininAzərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti ÇinTədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoruAqşin Əliyev Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ciŞurasının ilk azərbaycanlı üzvü seçilib.
Qeyd edək ki, 1994-cü ildə yaradılan BKA özündə dünyanın 80ölkəsindən filosofları, dilçiləri, tərcüməçiləri vəədəbiyyatşünasları birləşdirir.