EN

Əsrlərdir gizli qalan sirrin üstü açıldı: Asteklər niyə uşaqları qurban ediblər?

Əsrlərdir Mərkəzi Amerika xalqlarından asteklərin nə üçün uşaqları qurban etdiyinin üstü açılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Milli Antropologiya və Tarix İnstitutu tərəfindən aparılan araşdırmada Quraqlıq Atlası tədqiq edilib.

Məlum olub ki, 1452-1454-cü illər aralığında Meksika vadisində şiddətli quraqlıq olub. Quraqlıq nəticəsində bir çox ailə övladlarını kölə kimi satıb, bir çoxu isə köç edib.

Lakin geridə qalan astek nümayəndələri quraqlığın bitməsi üçün tanrılarına qurban hədiyyə ediblər. Bu qurban isə uşaqlar olub.

Ərazidə aparılan araşdırmalarda xüsusi təmtəraqla basdırılmış 42 uşaq cəsədi tapılmışdı. Həmin uşaqların məhz 5 əsr əvvəl quraqlığın bitməsi üçün qurban edildikləri məlum olub.

Chosen
26
yenicag.az

1Sources