EN

Almaniya ilə iqtisadi əlaqələrin mövcud vəziyyəti müzakirə olunub

"COP29 çərçivəsində həmkarım, energetika naziri Pərviz Şahbazovla birgə Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek ilə ölkələrimizin iqtisadi əlaqələrinin mövcud vəziyyəti, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirakı, bərpaolunan enerji layihələri, dayanıqlı həllərə keçid və yaşıl hidrogen sahəsində təşəbbüslər barədə müzakirələr apardıq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Chosen
42
2
vergiler.az

3Sources