EN

Berdiyevin sevimli futbolçusunun ACI AQİBƏTİ

Ötən yay "Turan Tovuz"un baş məşqçi postuna gətirilən Kurban Berdiyev sələfindən qalma heyəti qorumağa üstünlük verdi.

Amma özünün gətirdiyi futbolçular yox deyildi.

Tural Bayramlı kimi.

Gənclər millimizin sabiq üzvünün oyununa valeh olan əcnəbi mütəxəssis onun komandasında yer almasına srar edib.

Rəhbərlik türkmənistanlı çalışdırıcının qərarına təəccüblənsə də etiraz etməyib.

Mövsümün startında 26 yaşlı yarımmüdafiəçinin davamlı əsas heyətdə yer alması da Berdiyevin ona olan böyük güvənindən irəli gəlirdi.

Amma turlar ötdükcə Bayramlı onun ümidlərini tamamilə puç etdi.

Bunu biz yox, statistik və Berdiyevin qərarı deyil.

Meydanda olduğu müddətdə nə qol, nə asistlə yadda qalmayan orta sahə oyunçusu qısa müddətdə ehtiyat qüvvəyə çevrildi.

Əbəs deyil ki, son 5 oyunda Tural heç əvəzetmədən belə oyuna daxil olmayıb.

Görünür, Berdiyev təcrübəli futbolçunu tamamilə gözdən çıxarıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

Chosen
30
sportinfo.az

1Sources