EN

Tramp təsdiqlədi: ABŞ-da fövqəladə vəziyyət elan ediləcək

  ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkədən genişmiqyaslı deportasiyasını həyata keçirmək üçün federal səviyyədə fövqəladə vəziyyət tətbiq etməyə hazır olduğuna dair xəbərləri təsdiqləyib.

Siyasətçi bununla bağlı “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

O, “Judicial Watch” mühafizəkar fəallar qrupunun rəhbəri Tom Fittonun “Tramp milli səviyyəli fövqəladə vəziyyət elan etməyə hazırdır və o, kütləvi deportasiyalar həyata keçirmək üçün hərbi gücdən istifadə edəcək” paylaşımını yerləşdirib və paylaşımın altına “Bu doğrudur!” şərhini yazıb.

Qeyd edək ki, ABŞ-da 11 milyon sənədsiz miqrant yaşayır və gözlənilən deportasiyalar 20 milyon ailəyə təsir edə bilər.  

Chosen
7
17
referans.az

10Sources