EN

Rusiya Azərbaycan və Ermənistan parlament sədrləri üçün platforma təqdim etməyə hazırdır

"Biz Ermənistan və Azərbaycan arasında həll edilməli olan problemlərin Rusiyanın dəstəyi ilə öz həllini tapmasında maraqlıyıq".

hakimiyyet.az Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini Yuri Vorobyov İrəvanda "Zvartnots" hava limanında jurnalistlərlə söhbətində bildirib.

O bəyan edib ki, rəsmi Moskva Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

"Rusiya həmişə dəstək verməyə, Azərbaycan və Ermənistan parlament sədrləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır", - deyə Vorobyov qeyd edib.

Chosen
35
4
hakimiyyet.az

9Sources