EN

Aclıq və yoxsulluqla mübarizə üçün yaradılmış alyansa 81 ölkə qoşulub

Bakı. Trend:

Braziliyanın təşəbbüsü ilə təsis edilən Aclıq və YoxsulluqlaMübarizə üzrə Qlobal Alyansa artıq 81 ölkə üzv olub.

Trend xəbər verirki, bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da SilvaRio-de-Janeyroda keçirilən “İyirmiliklər Qrupu”nun (G20) sammitininaçılışında çıxışı zamanı bildirib.

“Hal-hazırda alyansa 81 ölkə, 26 beynəlxalq təşkilat, 9 maliyyəinstitutu, eləcə də 31 qeyri-hökumət və xeyriyyə təşkilatıqoşulub,” - deyə prezident vurğulayıb.

Alyansın mətbuat xidmətinin yaydığı məlumata görə, üzvlərarasında Rusiya, Çin, ABŞ, Afrika İttifaqı və Avropa İttifaqı dayer alır. Bununla yanaşı, saat 10:00-a (Bakı vaxtı ilə 17:00) olanməlumatlara əsasən, Argentina G20 ölkələri siyahısında qeydolunmayıb.

Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyans, bu il G20-yəsədrliyi həyata keçirən Braziliyanın əsas təşəbbüsü hesab olunur.Alyansın əsas məqsədi, dünyada yoxsulluğun və aclığın azaldılmasınatöhfə verən uğurlu dövlət siyasətini və müasir texnologiyaları birplatformada birləşdirərək onların geniş tətbiqini təşviqetməkdir.

Chosen
10
az.trend.az

1Sources