Ansu Fati yendən sıradan çıxıb.
“Barselona”nın gənc futbolçusu məşqdə dizindən zədə alıb. Onun 4 həftə yaşıl meydanlardan uzaq olacağı bildirilir. 22 yaşlı hücumçu cari mövsümdə ikinci dəfə zədələnib. Ansu bu mövsüm İspaniya çempionatında yalnız 4 oyunda meydana çıxıb.
Qeyd edək ki, ondan əvvəl “Barselona”nın iki futbolçusu - Robert Levandovski və Lamin Yamal da zədələnmişdi.