EN

Biləsuvarda BƏDBƏXT HADİSƏ: Gənc oğlan güllə yarasından həyatını itirdi

Biləsuvar rayonunun Ağalıkənd kəndində bədbəxt hadisə baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini, 1990-cı il təvəllüdlü Nəhmədov Mətləb Famil oğlu yaşadığı evdə aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.
 

İlkin məlumatlara görə, onun ölümünə səbəb ov tüfəngi ilə ehtiyatsız davranış olub.


Hal-hazırda hüquq mühafizə orqanları hadisənin səbəblərini araşdırır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Chosen
18
bizim.media

1Sources