Azərbaycanda gələn il dövlət büdcəsindən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına bu ilə nisbətən 17,2 % çox - 6 milyard 458,7 milyon manat ayrılması nəzərdə tutulur.
Teleqraf.com xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, həmin vəsaitin 4 milyard manatını və yaxud 62 %-ni işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclər (eyni qalacaq), 1,1 milyard manatını və yaxud 17 %-ni investisiya xərcləri (eyni qalacaq), 1 milyard 358,7 milyon manatını və yaxud 21 %-ni isə cari xərclər (3,3 dəfə çox) təşkil edəcək.
Müəllif: Teleqraf.com