EN

Aİ Gürcüstana xüsusi missiya göndərəcək

Avropa İttifaqı Gürcüstana siyasi missiya göndərəcək. Aİ diplomatiyasının rəhbəri Josep Borrelin sözlərinə görə, bu, seçkilərdən sonra ölkədə baş verənləri öyrənmək üçün lazımdır.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomat bu barədə 27 ölkənin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Xatırladaq ki, 2024-cü il oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Seçkinin nəticələrinə görə, “Gürcü arzusu” partiyası qalib gəlib. Lakin 2024-cü il noyabrın 18-də Gürcüstan prezidenti təkrar seçkilərin keçirilməli olduğu barədə bəyanat verib. Salome Zurabişvili onu da qeyd edib ki, noyabrın 19-da o, Konstitusiya Məhkəməsinə seçki saxtakarlığı ilə bağlı iddialar təqdim etməyi planlaşdırır.

Zaur, BakuPost
Chosen
34
13
bakupost.az

10Sources