EN

Rusiyanın ən böyük investor şirkətləri açıqlandı

"Qazprom" investisiya həcminə görə ən böyük Rusiya şirkətlərinin "Forbes" reytinqində birinci yeri tutub. 

Valyuta.az xəbər verir ki, holdinqin 2023-cü ildə investisiyası 2,5 trilyon rubl təşkil edib. 

İlk üçlüyü "Rosneft" (1,3 trilyon rubl) və Rusiya Dəmir Yolları (1,26 trilyon rubl) tamamlayır. 

2022-ci ildə "Qazprom" 2,3 trilyon rubl sərmayə qoyaraq reytinqin lideri olub. Qeyd olunur ki, ötən ilin sonunda siyahıda iştirak edən 70 şirkətin ümumi kapital qoyuluşları 25% artaraq 12,06 trilyon rubla çatıb.

Ən böyük investorlar onluğuna həmçinin "Atomenergoprom" (753,5 milyard rubl), "Rosseti" (468,9 milyard), "Transneft" (271,8 milyard), "Surgutneftegaz" (265 milyard), "Norilsk Nikel" (264,2 milyard), "Tatneft" (263,3 milyard) və Moskva Metropoliteni Dövlət Unitar Müəssisələri daxildir (239,1 milyard rubl).

Aydın

Chosen
40
valyuta.az

1Sources