EN

Ekvadorda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

Ekvador hökuməti ölkə boyu meşə yanğınlarının artması, suqıtlığı və quraqlıq səbəbindən 60 gün müddətinə fövqəladə vəziyyətelan edib.

Trend xəbər verirki, bu barədə Ekvadorun Risklərin İdarə Edilməsi Katibliyi məlumatyayıb. Fövqəladə Hallar Komitəsinin prezidenti İnes Mansanovəziyyətin ciddiliyini vurğulayaraq fövqəladə tədbirləringörülməsinin zəruriliyini təsdiqləyib.

Hazırda ölkədə 17 aktiv və 5 nəzarət altında olan yanğın qeydəalınıb. Ən kritik vəziyyət Asuay və Loxa əyalətlərindədir.Yanğınları söndürmək üçün hava dəstəyindən, xüsusiləhelikopterlərdən istifadə edilir.

Rəsmi məlumatlara görə, noyabrın 1-dən bəri Asuay əyalətində 1,7min hektar, Loxa əyalətində isə 8,5 min hektardan çox bitki örtüyüməhv olub. Yanğınların miqyasını və təsirini azaltmaq üçün hökumətgenişmiqyaslı tədbirlərə başlayıb.

Fövqəladə vəziyyət çərçivəsində yanğınların söndürülməsi,əhalinin təhlükəsizliyinin təmin olunması və təbii fəlakətinnəticələrinin aradan qaldırılması üçün resurslar səfərbəredilib.

Chosen
34
az.trend.az

1Sources