EN

Finlandiyada ard-arda ikinci nüvə enerji bloku fəaliyyətini dayandırıb

Bakı. Trend:

Finlandiyanın Loviisa Atom Elektrik Stansiyasının ikinci enerjiblokunda reaktor sistemlərinin nasazlığı səbəbindən elektrikistehsalı dayandırılıb.

Trend xəbər verirki, bu barədə stansiyanın sahibi “Fortum” şirkəti məlumat yayıb.Hadisənin yerli vaxtla saat 20:55-də (Bakı vaxtı ilə 21:55) başverdiyi qeyd olunur. Səbəblər araşdırılmaqdadır. Stansiyanınbirinci enerji bloku isə normal rejimdə fəaliyyətini davametdirir.

Bu, Finlandiyada son 24 saat ərzində fəaliyyətini dayandıranikinci nüvə enerji blokudur. Bazar günü axşam saatlarında OlkiluotoAtom Elektrik Stansiyasının üçüncü enerji bloku da fəaliyyətinidayandırmışdı.

Chosen
53
az.trend.az

1Sources