EN

Avropa liseyinin direktoruna protokol yazıldı

Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysovaya inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 19 Noyabr 2024, 08:18   
Chosen
37
pravda.az

1Sources