EN

G20 ölkələri iqlim dəyişikliyi ilə mübarizə səylərinə sadiq olduqlarını təsdiq ediblər

G20

G20 ölkələrinin liderləri Paris Sazişinin effektiv həyata keçirilməsi yolu ilə iqlim dəyişikliyi ilə mübarizəyə, həmçinin qlobal istiləşməni 1,5 Selsi dərəcəyə qədər məhdudlaşdırmaq səylərinə sadiq olduqlarını təsdiq ediblər.

APA xəbər verir ki, bu barədə G20-nin Rio-de-Janeyroda keçirilən sammitinin yekun bəyannaməsində deyilir.

“Liderlik rolumuzu dərk edərək, Paris Sazişinin gücləndirilməsi, tam və səmərəli icrası yolu ilə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədlərinə nail olmaq üçün öhdəliyimizi bir daha təsdiqləyirik. Biz əsrin ortalarına qədər istixana qazı emissiyalarını və karbon neytrallığını xalis sıfıra çatdırmaq üçün səylərimizi gücləndirəcəyik”, - bəyannamədə deyilir.

Chosen
26
4
xalqcebhesi.az

6Sources