EN

4 xanıma məxsus olan şirkət 6 ayda - YARİM MİLYON MANAT QAZANDI

“Level Leasing” ASC 2024-cü ilin 1-ci yarım ilini 522 min manat mənfəətlə başa vurub.

FED.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.

Məlumata əsasən şirkət 12,6 min manat mənfəət vergisi ödəyib

Bu ilin 6 ayında “Level Leasing” ASC-nin faiz gəlirləri 1 milyon 253 min manat, faiz xərci 479,4 min manat, xalis faiz gəlirləri  773,4 min manat, komissiya gəlirləri 18,8 min manat təşkil edib.

Lizinq şirkətinin cəmi əməliyyat gəlirləri 1 milyon 272 min manata bərabər olub.

Hesabat dövründə lizinq şirkətinin inzibati xərcləri 15 min manat, nəqliyyat xərci 590 manat, nəqliyyat xərci 2,9 min manat, əmək haqqı və onunla bağlı vergi ödənişləri 191,6 min manat, bank əməliyyatları xərcləri 4,7 min manat, sair xərcləri 43,1 min manat, xalis qyri-faiz zərəri 12,6 min manat təşkil edib.

Hesabat dövründə lizinq şirkətinin cəmi aktivləri 11 milyon 193 min manat, cəmi öhdəlikləri 9 milyon 621 min manat, kapitalı isə 1 milyon 572 min manat olub. Şirkətin keçmiş illərdən 50,3 min manat bölüşdürülməmiş mənfəəti var.

“Level Leasing” ASC-nin səhmdarları Qarayeva Mənzər İsrail qızı (52%), Rzayeva Elmira Xəlil qızı (19%), Quliyeva Solmaz Hüseyn qızı (19%) və Məmmədova Rəqsanə Abdulla qızıdır (10%).

Chosen
13
fed.az

1Sources