Müəllif:Ayşən İmnaova/Banco.az
Çinin istehlakçı elektronikası istehsalçısı “Xiaomi” bu ilin üçüncü rübündə xalis mənfəətini 10%, gəlirini isə 31% artıraraq rekord səviyyəyə çatdırıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Qeyd olunur ki, iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin eyni dövründəki 4,87 milyard yuanla müqayisədə 5,34 milyard yuan (737 milyon dollar) təşkil edib. Birdəfəlik amillər nəzərə alınmadan mənfəət 4,4% artaraq 6,25 milyard yuana çatıb.
“Xiaomi”nin rüblük gəliri bir il əvvəlki 70,89 milyard yuandan 92,5 milyard yuana yüksəlib. Mütəxəssislər bu rəqəmi orta hesabla 89,66 milyard yuan səviyyəsində proqnozlaşdırıblar.