EN

Bahar Muradova Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin direktoru, professor Maykl Şerraden ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 Konfransı çərçivəsində Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin direktoru, professor Maykl Şerraden ilə görüşüb.

Komitədən “İki sahil”ə verilən məlumata görə, görüşdə Azərbaycan hökumətinin apardığı siyasətin özəyində məhz gənclərin dayandığı vurğulanıb. Bahar Muradova gənclərin iqlim dəyişikliyi, dayanıqlı inkişaf və sosial problemlərə dair qlobal həllərin tapılmasında aktiv rolunu xüsusi vurğulayıb. Komitə sədri qeyd edib ki, dayanıqlı enerjiyə keçiddə gənclər maraqlı tərəf və dəyişikliklərin hərəkətverici qüvvəsi kimi mühüm rol oynayırlar.

Qeyd olunan məsələyə Azərbaycanda xüsusi diqqət yetirildiyinə diqqət çəkən sədr, Füzuli rayonunda COP29 çərçivəsində imzalanan müqaviləyə əsasən 500 hektara yaxın ərazidə yeni günəş enerjisi stansiyasının tikilməsi ilə bağlı qərar qəbul edildiyini deyib.

Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin Direktoru, professor Maykl Şerraden Azərbaycanda şahidi olduğu inkişaf proseslərinin, xalqımızın qonaqpərvərliyinin, yüksək mənəvi keyfiyyətlərinin onda xoş təəssürat yaratdığını qeyd edib. Rəhbərlik etdiyi Sosial İnkişaf Mərkəzinin bu günə qədər həyata keçirdiyi layihələr haqqında geniş məlumat verən qonaq, xüsusi olaraq enerji keçidinin dünyada mütləq olaraq paralel şəkildə insan inkişafı prosesi ilə birgə aparılması və bu prosesdə gənc nəslin hərtərəfli iştirakı haqqında mülahizələrini bildirib. O, gənclərin iqlim dəyişikliyi ilə mübarizəyə verdikləri töhfələri vurğulayaraq, onların beynəlxalq səviyyədə qərarların qəbul edilməsində iştirakını artırmaq üçün birgə səylərin əhəmiyyətini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Chosen
25
2
ikisahil.az

3Sources