EN

"Baku Harmoniya" Azərbaycanın kənd təsərrüfatının transformasiyası missiyasına töhfəsidir - Nazir

Bakı. Trend:

"Baku Harmoniya" Azərbaycanın kənd təsərrüfatının və ərzaqsisteminin transformasiyası üzrə ümumi missiyasına töhfəsidir.

Trend xəbər verir ki, bubarədə COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziriMuxtar Babayev COP29 çərçivəsində keçirilən "Fermerlər üçün BakuHarmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşıdayanıqlığın artırılması üçün fermerlərin imkanlarınıngenişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

"Kənd təsərrüfatı həmişə Azərbaycanın tarixində mühüm roloynayıb. Son məlumatlara görə, əhalinin təxminən 50 faizi kəndyerlərində yaşayır, ümumi məşğulluğun 36 faizi kənd təsərrüfatısektoruna aiddir. Bu gün kənd təsərrüfatı məşğulluğu və ərzaqtəhlükəsizliyini təmin edən əsas sahədir. "Baku Harmoniya"təşəbbüsü, COP27-də Misirdə həyata keçirilmiş "Dayanıqlıtransformasiya üçün ərzaq və kənd təsərrüfatı təşəbbüsü" vəCOP28-də BƏƏ-nin "Dayanıqlı kənd təsərrüfatı haqqında Bəyannaməsi"kimi BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının əvvəlkitəşəbbüslərinin nailiyyətlərinə əsaslanır. Bu təşəbbüslər kəndtəsərrüfatı və ərzaq sisteminin transformasiyası üçün möhkəm bazayaradıb.

"Baku Harmoniya" bu ümumi missiyaya töhfəmizdir. O müxtəlifsəyləri vahid bir baxışda birləşdirmək məqsədimizi əks etdirir. Bu,daha böyük və daha yaxşı nəticələr əldə etmək üçün birgə işdeməkdir.

Bu təşəbbüs çərçivəsində kənd təsərrüfatı təşəbbüslərinisadələşdirmək niyyətindəyik. Biz elə bir platforma yaratmaqistəyirik ki, fermerlər, siyasətçilər və maraqlı tərəflər bilikmübadiləsi apararaq bir-birindən öyrənsinlər. Bu isə əməkdaşlığıdaha asan və effektiv edəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
11
1
az.trend.az

2Sources