Bilindiyi kimi, II Liqada mübarizə aparan "Şəmkir"in yeni baş məşqçisi müəyyənləşib.
Bu vəzifəyə Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirov təyin edilib.
37 yaşlı V.Nadirovla 6 ay+1illik müqavilə imzalanıb.
"Şəmkir" hazırda liqada 9 oyundan 13 xalla 6-cı yeri tutur.
Vüqar Nadirov son olaraq liqanın digər təmsilçisi “Hypers Guba”da işləyib.
Onun təyinatı ilə "Şəmkir"in həyatında yeni mərhələ başlayıb. Kluba sponsor gəlib.
Əslən şəmkirli iş adamı büdcəni təqribən 1,5 dəfə artırıb. Həmin vəsait komandanın şəraitinin yaxşılaşdırılmasına və transferlərə ayrılıb.
Başqa yerlərdən gələn futbolçular üçün rayonun Dəllər qəsəbəsində böyük mənzil kirayələnib. Onlar burada gün ərzində 3 dəfə qida ilə təmin olunmağa başlayıb.
Nadirov Şəmkirə gətirmək istədiyi oyunçuların siyahısını artıq rəhbərliyə təqdim edib. Söhbət aşağı-yuxarı 10-12 nəfərdən gedir.
Bunların içərisində “Hypers Guba”dan tanıdığı isimlər üstünlük təşkil eləyir.
SPORTİNFO.AZ