EN

Azərbaycan – Braziliya – 52:25

Misli Premyer Liqasının arxada qalan 13 turunun 64 oyununda 164 qol vurulub.

İdman.biz xəbər verir ki, üç avtoqol nəzərə alınmamaqla digər 161 topa 29 ölkədən 90 futbolçu imza atıb.

Təbii ki, yerli oyunçular həm öz saylarında, həm vurulan qollarda üstünlüyə malikdir. 64 matçda Azərbaycan vətəndaşlığı daşıyan 35 futbolçu 52 dəfə fərqlənib. Onlar arasında milliləşən, vətəndaşlığını dəyişən, hətta bunu cari mövsümün gedişində edənlər də yer alıb.

Yerli oyunçular arasında ən yaxşı bombardir Toral Bayramovdur. “Qarabağ”ın gənc oyunçusu 4 dəfə fərqlənib.

55 legioner ümumilikdə 109 qol vurub. Xarici ölkələr arasında Braziliya böyük fərqlə öndədir. 12 “sambaçı” artıq 25 qola sevinib. Felipe Santos (“Araz-Naxçıvan”) bombardirlər yarışında zirvənin şərikidirsə, Rafael Utziq (“Zirə”) ondan iki top geri qalır.

İlk “üçlüy”ü Fransa qapayır. Bu ölkənin 5 futbolçusu 9 qol vurub. Yassin Benzia (“Qarabağ”) 3 topla həmyerliləri arasında hamıdan öndədir.

yer

ölkə

futbolçu

qol

1

Azərbaycan

34

52

2

Braziliya

12

25

3

Fransa

5

9

4-6

Portuqaliya

4

8

Nigeriya

2

8

Gürcüstan

3

8

7

Almaniya

2

7

8

İspaniya

2

5

9-10

Albaniya

2

4

Slovakiya

1

4

11-13

Ukrayna

2

3

İsrail

2

3

Qambiya

1

3

14-19

Panama

1

2

Mali

2

2

Qvineya

1

2

Mərakeş

1

2

Qana

1

2

Niderland

1

2

20-29

Monteneqro

1

1

Xorvatiya

1

1

Şimali Makedoniya

1

1

Niger

1

1

Yamayka

1

1

Toqo

1

1

Liberiya

1

1

Kolumbiya

1

1

Ekvador

1

1

Bosniya və Herseqovina

1

1

Vüqar Xeyrullayev
İdman.biz

Chosen
26
idman.biz

1Sources