EN

Livan və “Hizbullah” ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb

Livan və "Hizbullah" ABŞ-nin İsraillə atəşkəsə dair təklif etdiyi saziş layihəsini təsdiqləyib, lakin bəzi qeydlər əlavə edib.

Olaylar xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Livan parlamenti sədrinin köməkçisi Əli Həsən Xəlil məlumat verib.

Onun sözlərinə görə, Livan ABŞ-nin Beyrutdakı səfiri Liza Consona yazılı cavabını göndərib.

Əli Həsən Xəlil indi hər şeyin İsraildən asılı olduğunu qeyd edərək, bildirib ki, bu, atəşkəsə nail olmaq üçün göstərilən ən ciddi səydir.

Livan rəsmisi bildirib ki, əlavə qeydlər müsbət mənada təqdim olunub. Digər təfərrüatlar açıqlanmayıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
19
olaylar.az

10Sources