Azərbaycan Milli Məclisinin Şimali Kipr Türk Çümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Lefkoşaya səfəri çərçivəsində bu ölkədə yaşayan soydaşlarımızla görüş keçirib. ŞKTC-dəki Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzindən SİA-ya bildirilib ki, görüşdə bu ölkədə işləyən Azərbaycandan olan sahibkarlar və alimlər iştirak ediblər.Görüş iştirakçıları mərkəzin girişində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.Milli Məclisin işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və deputat Tural Gəncəliyev Azərbaycan ilə ŞKTC arasında dialoqun mütərəqqi inkişafından məmnunluqlarını ifadə ediblər. Kiprdə yaşayan azərbaycanlıların iki türk dövləti arasında münasibətlərin möhkəmlənməsinə töhfələri qeyd edilib.Feyziyev Azərbaycan nümayəndə heyətlərinin ŞKTC-yə səfərlərinin bu ölkədəki soydaşlarımızın üzləşdiyi çətinliklərin həllinə də töhfə verəcəyinə əminliyini ifadə edib.O, ŞKTC-də Azərbaycana həsr olunmuş mədəni-ictimai tədbirlərin sayının artırılması planlarından danışıb və əmin edib ki, soydaşlarımızı narahat edən məsələlər Şimali Kiprin müvafiq strukturları qarşısında qaldırılacaq.Deputat Azərbaycanın sənədlərinin ŞKTC-də tanınmasının bu ölkədə yaşayan azərbaycanlıların sosial problemlərinin həllinə kömək edəcəyinə əminliyini ifadə edib.Görüş iştirakçıları ŞKTC-dəki Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndiriblər.