EN

Bu dünya nəhəngi Arda Turanı istəyir - "İlin transfer xəbəri"

"Atletiko Madrid" Dieqo Simeoneni əvəz edəcək məşqçi axtarır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, düşünülən namizədlər arasında sabiq Türkiyəli futbolçu Arda Turanın da olduğu açıqlanıb.

Dieqo Simeonenin futbolçular üzərində təsirinin əvvəlki qədər güclü olmadığı və yüksək maaşının klubu narahat etdiyi bildirilib. 2023-cü ildə maaşının 50 faiz azalmasına baxmayaraq, Simeonenin xərci "Atletiko" rəhbərliyini düşündürməyə davam edir.

Qeyd edək ki, Arda Turan "Atletiko Madrid"ə məşqçi kimi getsə, bu, təkcə karyerasında deyil, Türkiyə futbolu baxımından da böyük uğur kimi qeyd olunacaq. Arda Turanın bir vaxtlar məşqçi kimi çıxış etdiyi klubu idarə etməsi futbol dünyasında yeni ilham mənbəyi ola bilər.

Fidan
Milli.Az

Chosen
13
milli.az

1Sources