EN

"Minimum əməkhaqqınən artırılması ilə bağlı tapşırıqlar hökumətə göndərilib" - Sahil Babayev

"Yaxın günlərdə gələn ilin büdcə zərfi çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan növbəti sosial islahatlar paketi müzakirə olunacaq".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, həm minimum əməkhaqqı, həm pensiya, həm də sosial müavinətlərin artırılması ilə bağlı tapşırıqlar hökumətə göndərilib: “Noyabrın 21-də keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında DSMF, İşsizlikdən Sığorta Fondunun büdcəsi geniş şəkildə müzakirə olunacaq. Ümumilikdə əmək pensiyalarının maliyyələşdirilməsi üçün 7,2 milyard manat ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 11 % çoxdur".

Anar Kəlbiyev

Chosen
13
4
unikal.az

10Sources