Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 12 Ukrayna PUA-sını məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Ötən gecə Ukraynanın Rusiya ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Rostov vilayəti ərazisi üzərində 11, Belqorod vilayəti ərazisi üzərində isə 1 PUA-nı məhv edib", - məlumatda deyilib.
ABŞ-ın uzaqmənzilli raketləri ilkin mərhələdə Kursk bölgəsində Ukraynanın ələ keçirdiyi ərazilərdə birləşmiş Rusiya və Şimali Koreya qüvvələrinə qarşı istifadə ediləcək.
Bu barədə "Nyu York Tayms" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Kurskda döyüşən briqada komandiri ATACMS-ın Ukraynaya hücumu dəstəkləyən logistika mərkəzlərinə, sursat anbarlarına, əsas avadanlıq və təchizat xətlərinə zərbə endirməkdə kömək edə biləcəyinə inandığını bildirib.
Qeyd edək ki, ABŞ, Fransa və Britaniyanın Ukraynaya təqdim etdikləri raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdiyi barədə məlumat yayılıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyai şərhçi Əli Mustafadır.