EN

Baydenin müşaviri atəşkəs danışıqları üçün Beyruta getdi

ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn Hizbullah və İsrail arasında atəşkəs danışıqları aparmaq üçün Livanın paytaxtı Beyruta gedib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Hokşteyn Livan parlamentinin sədri Nəbih Berri və baş nazir Nəcib Mikati ilə görüşərək atəşkəs razılaşmasını müzakirə edəcək.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanına endikdən sonra ABŞ müşavirinin üzəri və çantaları xüsusi yoxlanışdan keçirilib.
 
Cəmalə
Chosen
14
azxeber.com

1Sources