“Liverpul”da yaxın gələcəkdə Məhəmməd Salahdan başqa ikinci misirli futbolçu çıxış edə bilər.
İngiltərə klubu “Ayntraxt”ın oyunçusu Omar Marmuşu heyətə cəlb etməyi planlaşdırır. “Bild” qəzetinin məlumatına görə, britaniyalılar artıq qarşı tərəflə danışıqlara başlayıblar. Lakin 25 yaşlı misirli hücumçu özünü Almaniyada xoşbəxt hiss edir və hələ iş yerini dəyişmək haqda düşünmür. “Ayntraxt”ın Omar üçün 50 milyon funt sterlinq tələb edə biləcəyi qeyd olunur.
Marmuş bu mövsüm Frankfurt klubunda 16 oyuna çıxaraq 14 qol vurub və 10 məhsuldar ötürmə edib.