EN

Andorra iqlim və şəffaflıq fəaliyyətinə sadiqdir - Nazir

Bakı. Trend:

Andorra iqlim tədbirlərinə və şəffaflığa sadiqliyini davametdirir.

Trend xəbər verir ki, bunuAndorranın Enerji Keçidi, Nəqliyyat və Mobillik məsələləri üzrəkatibi David Forne Masoni COP29 sammitində milli bəyanatla çıxışızamanı bildirib.

O qeyd edib ki, kiçik ölçüsünə baxmayaraq, Andorra iqlimdəyişikliyi ilə mübarizədə yüksək fəallıq nümayiş etdirir vəşəffaflıq məsələlərində lider mövqe tutur.

"Andorra Paris Sazişi çərçivəsində ikiillik şəffaflıq hesabatınıtəqdim edən və tamamlayan ilk ölkə oldu. Bu addım təkcə bizim busahəyə sadiqliyimizi deyil, həm də dünya ictimaiyyəti qarşısındaməsuliyyətimizi vurğulayır", - deyə Forne Masoni bildirib.

O, həmçinin, Andorranın COP29 çərçivəsində təqdim edilən Qlobalİqlim Şəffaflığı Bəyannaməsini dəstəklədiyini və digər ölkələri dəbu nümunəni izləməyə çağırdığını vurğulayıb.

"Andorra 2035-ci ilə qədər emissiyaların azaldılması üzrəambisiyalarını artırıb. Məqsəd qlobal temperatur artımını 1,5°Cdaxilində saxlamaqdır ki, bu da Paris Sazişi çərçivəsindəgötürülmüş öhdəliklərə uyğundur", - deyə o əlavə edib.

David Forne Masoni qeyd edib ki, dağlıq ölkə olaraq Andorraiqlim dəyişikliklərinə qarşı xüsusilə həssasdır.

"1959-cu ildən bəri Pireneylərdə orta temperatur iki dərəcəartıb, ötən qış isə bütün müşahidə tarixi ərzində ən isti qış oldu.Bu dəyişikliklər artıq turizm sektoruna, xüsusilə də xizəksənayesinə təsir göstərir," - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
30
az.trend.az

1Sources