EN

"Hürriyyət" qəzetinin 19 noyabr 2024-cü il tarixli sayı

Cəhalətdən ayılaq,

Ömür qısa, sal yada.

Gəlin gözəl yaşayaq,

Bu beş günlük dünyada.

Qəlb qırmayaq, şüşə tək,

Ev yıxmayaq, ev tikək,

Hər bir kəsə diləyək,

Uzaq olsun dərd,qada,

Bu beş günlük dünyada.

Məhəbbətdən güc alaq,

Səadətlə qocalaq

Qocaldıqca, ucalaq,

Fürsət vermədən bada.

Bu beş günlük dünyada.

ŞAMİL

Chosen
17
hurriyyet.az

1Sources