EN

91 yaşlı rejissor sağalmaz xəstəlikdən əziyyət çəkir

“Tayqa romantikası” və “Ekipaj” filmləri üzərində işləyən 91 yaşlı rusiyalı rejissor Aleksandr Mitta sağalmaz xəstəlikdən əziyyət çəkir.

Kulis.az xəbər verir ki, rejissor palliativ yardım alır.

Bildirilib ki, Aleksandrın böyrəklərində bədxassəli şiş aşkarlanıb. O, təkbaşına ayağa qalxa bilmir.

Xatırladaq ki, ötən ilin noyabrında Aleksander Mitta təcili Moskvada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin insult səbəbindən kəskin şəkildə pisləşdiyi dəqiqləşdirilib.

Qeyd edək ki, palliativ yardım tibbi və sosial fəaliyyət sahəsi olub, sağalması mümkün olmayan (və ya xəstəliyin son mərhələsində olan) xəstələrin ağrılarının qarşısının alınması və vəziyyətinin yüngülləşdirilməsi məqsədini daşıyır.

Chosen
22
kulis.az

1Sources