EN

Tələbə yataqxanaları ilə bağlı sənəd hazırlanır

Ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi üçün “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması” sənədinin hazırlanmasına başlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib.

Onun sözlərinə görə, özəl sektoru bu işə cəlb etmək üçün yeni sənədin hazırlanmasına ehtiyac var:

"Bu işin həcmi çox böyükdür. Dövlət bunun öhdəsindən tək gələ bilməz. Ona görə də bu sahəyə özəl sərmayə cəlb edilməlidir. Özəl sərmayənin cəlbi bizim nizamnaməmizdə də nəzərdə tutulur. Bunun üçün texniki maliyyə əsaslandırılma sənədi hazırlamalıyıq ki, onlar hansı yataqxanaya nə qədər sərmayənin qoyula bilməsini, qanunvericiliklə bunun təminatının nələrdən ibarət olduğunu görsünlər. Ümumi bir sənəd hazırlanacaq. Daha sonra investorlar istəklərinə uyğun olaraq, seçdikləri universitetlərə bu sahə üzrə investisiya yatıra bilərlər”. 

Qeyd edək ki, bp şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırması" sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

"Cebheinfo.az"

Chosen
20
4
cebheinfo.az

5Sources