EN

Müştərilərə dəstək üzrə kiçik mütəxəssis - VAKANSİYA

"Pasha Bank" ASC, KOS Müştərilərə dəstək üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Sənədlər ilə iş:
  1. Müvafiq proqram təminatında hər növ (daxil olan / göndərilən məktubla, audit sorğuları, tarif məktubları və .s) sənədlərin qeydiyyata alınması və ehtiyac olduqda filiallara online ve offline göndərilməsi;
  2. Kağız daşıyıcıda təqdim olunan məktubların gəbul edilməsi, qeydiyyatının aparılması;
  3. Məktubların ünvana göndərilməsinin təmin edilməsi;
  4. Hər növ arayış, məktubların düzgün işgüzar yazışma qaydalarına uyğun tərtib edilməsi və rəhbərliyə imzalanması üçün təqdim etmək;
  5. Maliyyə arayışlarının icra olunması, zəruriyyət yarandıqda çap edilməsi və müştəriyə təqdim olunması;
  6. Rekvizitlərin hazırlanıb təqdim olunması. 
  • Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatı vasitəsilə əməliyyatların icra edilməsi və icra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğu;
  • Müştəri və müştəriyə aid olan bütün məlumatlar və onun maliyyə məsələlərinin məxfiliyinin qorunması məqsədilə, bütün lazımi prosedurların dəqiqliklə icrası;
  • İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələbləri ilə tanış olaraq üzləşdirilməsi, hər hansı mümkün olan riskli və şübhəli əməliyyatların aşkarlanması və Bankın aidiyyatı struktur bölmələrinə yönəldilməsi;
  • Bankın öz müştərilərinə göstərdiyi xidmətlər üzrə bütün sənədləşmə işlərinin və hesabatların təmib edilməsi;
  • Fəaliyyətin Bank Xidmət Standartlarına, Xidmət Keyfiyyətinə və Komplayns normalarına uyğunlaşdırılması;
  • Bankın məhsulları və xidmətləri haqqında məlumata və anlayışa malik olması, vaxtı vaxtında bu cür biliklərin yenilənməsi.

Tələblər:

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili;
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il; 
  • Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (yüksək), Azərbaycan dili (yüksək səviyyədə);
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word);
  • Məhsul üzrə biliklər: Bazar üzrə biliklər;
  • Başqa tələblər: Hesabat hazırlama bacarığı, ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı. 

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  

Zemfira Ms
Fins.az

Chosen
17
41
fins.az

10Sources