EN

Qazaxıstan "Baku Harmoniya" təşəbbüsünü fəal şəkildə dəstəkləyir - Nazir müavini

Bakı. Trend:

Qazaxıstan "Baku Harmoniya" təşəbbüsünü və FAST tərəfdaşlığınıfəal şəkildə dəstəkləyir.

Trend xəbər verir ki, bunuQazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Yermek Kencexanuli"COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlimhədəflərinə nail olmağın açarı" mövzusunda keçirilən tədbirdəbildirib.

"Baku Harmoniya" təşəbbüsü və FAST tərəfdaşlığı iqlimmaliyyələşdirilməsini iqtisadiyyatımızın əsası olan aqrar-sənayesektoruna cəlb etməyə yönəlib. Bu tədbirlər sayəsində bu il rekordsəviyyədə taxıl məhsulu əldə etdik – 26 milyon ton, onun təxminən20 milyon tonu buğda təşkil edir. Bu nəticələr ərzaqtəhlükəsizliyinin möhkəmləndirilməsi və dəyişən iqlim şəraitinəuyğunlaşma yolunda mühüm addım oldu", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
25
az.trend.az

1Sources